Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİMLƏR QONAQ OLUBLAR

1 June 2018

FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİMLƏR QONAQ OLUBLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini, “Geoelektrodinamika” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popovanı qəbul edib. Görüş çərçivəsində akademik N. Məmmədov Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. R.Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub. Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. İlk olaraq REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə İnstituta rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan İnstitutun 600-ə yaxın əməkdaşı var. S. Tixotski İnstitutda əsasən, geoloji, seysmoloji,elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib. Seminar Oleq Poxotelovun çıxışı ilə davam edib. Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar. Rusiyalı qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.

Fizika Institutu böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elan edir

25 April 2019
Fizika Institutu böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elan edir
25 April 2019

Fizika İnstitutunda elan olunmuş vakant 8 ştat böyük elmi işçi vəzifələrini tutmaq üçün 15 may 2019-cu ildə İnstitutun Elmi Şurasının iclasında müsabiqə keçirilsin...  Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 April 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 April 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:

24 December 2018
Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:
24 December 2018

1 dekabr 2018-ci il tarixindən etibarən AJP Fizika jurnalının Seriya En saytı WIX.com: https://jophphysics.wixsite.com/ajpphysics ünvanında fəaliyyət göstərir...  Показать