Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

RUSİYA ELMLƏR AKADEMİYASININ AKADEMİKİ A.M. SERGEYEV AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINI ZİYARƏT EDİB

12 June 2019

RUSİYA ELMLƏR AKADEMİYASININ AKADEMİKİ A.M. SERGEYEV AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINI ZİYARƏT EDİB

20-22 may 2019-cu il tarixləri arasında Rusiya Elmlər Akademiyasının (REA) akademiki A.M. Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olub. Mayın 21-də Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya ilə Azərbaycan elmi təşkilatları arasında əməkdaşlıq məsələlərini, eləcə də Xəzəryanı ölkələrin beynəlxalq əməkdaşlıq mövzusunu müzakirə edib. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.M. Sergeyev Azərbaycan və Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağamehti oğlu Əlizadə Rusiya Elmlər Akademiyasının və AMEA-nın elmi-texniki əməkdaşlığının əsas sahələrini müəyyənləşdirən saziş imzalayıblar. İmzalanmış sənəddə elm və texnologiyanın prioritet sahələrində məlumat və təcrübə mübadiləsi, yüksək ixtisaslı kadrların hazırlanması, birgə fəaliyyət kimi aktual məsələlər öz əksini tapıb. Rusiya Elmlər Akademiyası ilə Milli Elmlər Akademiyası imzalanmış elmi-texniki əməkdaşlıq sazişi çərçivəsində "Yol xəritəsi"-nin hazırlanmasına dair razılıq əldə edib. Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev, Fizika İnstitutunun elmi-tədqiqat işləri, müasir avadanlıq və elmi- texniki cihazların bazası ilə tanış oldu. AMEA Fizika- Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Fizika İnstitutunun fəaliyyətinin əsas istiqamətləri, innovasiya, mühüm elmi kəşflər və müasir avadanlıqlar barədə danışıb. Rusiya Elmlər Akademiyasının prezidenti AMEA Fizika İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və Fizika İnstitutunun əməkdaşlarına gələcəkdə innovasiya sahəsində uğurlar arzuladı.


ran-11-jpg Посмотреть

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020
UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
17 March 2020

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin...

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

17 March 2020
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB
17 March 2020

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda...

20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR

17 March 2020
20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR
17 March 2020

AMEA Fizika İnstitutu işçilərinin ümumi yığıncağını açan İnstitutun direktoru, akademik Nazim Məmmədov qeyd etdi ki,...