Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

YAPONİYANIN OSAKA PREFEKTURASININ ALİ MÜHƏNDİSLİK MƏKTƏBİNİN FİZİKA VƏ ELEKTRONİKA FAKÜLTƏSİNİN MAGİSTRANTI RİYOTA KİTANO FİZİKA İNSTİTUTUNDA EZAMİYYƏTDƏDİR

8 January 2020

YAPONİYANIN OSAKA PREFEKTURASININ ALİ MÜHƏNDİSLİK MƏKTƏBİNİN FİZİKA VƏ ELEKTRONİKA FAKÜLTƏSİNİN MAGİSTRANTI RİYOTA KİTANO FİZİKA İNSTİTUTUNDA EZAMİYYƏTDƏDİR

2 dekabr 2019-cu ildə Fizika İnstitutunda institutun direktoru akademik N.T. Məmmədovun iştirakı ilə seminar keçirildi. Seminarda aparıcı elmi işçi Baxşı Mehdiyev, elmi işçilər Elvin Əlizadə, Dünyamalı Məmmədov və Bakı Dövlət Universitetinin nəznində olan Fizika Problemləri İnstitutunun direktoru, f.e.d. Sədiyar Rəhimov iştirak ediblər. Seminar zamanı BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda ezamiyyətdə olan Yaponiyanın Osaka Universitetinin Ali Mühəndislik Məktəbinin Fizika və Elektronika fakültəsinin magistrantı Riyota Kitanonun iş planı müzakirə edildi. Təsdiq edilmiş plana əsasən, 30 noyabr - 25 dekabr tarixlərində Riyota Kitano bəzi materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaqdır. Bütün eksperimental tədqiqatların Fizika İnstitutunun İnnovasiya sektorunun müasir elmi sistemlərində aparılması planlaşdırılır. Enerji quruluşlarının hesablanması ilə bağlı işlər BDU-nun Fizika Problemləri İnstitutunun əməkdaşları ilə AMEA-nın Fizika İnstitutunun əməkdaşları tərəfindən müştərək həyata keçiriləcəkdir.                    

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

8 January 2020
FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI
8 January 2020

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin 2019-cu il elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib... Показать