Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

Fizika İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

12 February 2018

Fizika İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O bildirib ki, Sovet Rusiyası dəfələrlə azərbaycanlılara qarşı qırğın törədib. Bunlardan ən dəhşətlisi isə 20 Yanvar, Xocalı faciəsi olub. 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başladılar. C.Abidinov bildirib ki, Azərbaycan və Ermənistan eyni dövlətin SSRİ-nin tərkibində idi və bu Ittifaqın vəzifəsi o idi ki, Azərbaycanın ərazi bütövlüyünü qorusun. O, Sovet Rusiyası   bu funksiyanı yetərincə yerinə yetirmədiyini qeyd edib. Yanvarın 19-dan 20-ə keçən gecə xalqın etirazçı  çıxışlarının qarşısını almaq və başqa millətlərin hüquqlarını qorumaq bəhanəsi ilə Bakıya  5 istiqamətdə Rusiyanın Stavrapol və Krasnodar vilayətindən formalaşmış 60 min əsgərdən ibarət qoşun yeridilib. C.Abdinov vurğulayıb ki, fövqəlada vəziyyət elan olunana qədər  Bakıda  82 nəfər artıq  qətlə yetirilmişdi. Ümumiyyətlə 20 Yanvar facicəsi zamanı 147 qətlə yetirilib,  744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200-ə yaxın ev isə dağıdılıb.  C.Abdinov 20 Yanvar hadisələrindən  sonra parlament üzvləri xüsusi iclas keçirdiyini qeyd edib. Bildirib ki,  hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər  Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Ümummilli lider  bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı. C.Abdinov Azərbaycanın mütəqillik tarixindən danışıb və bildirib ki, artıq Azərbaycan yalnız özünə güvənməlidir və gələcək nəsillərə də şanlı tarixini unutmamağı öyrətməlidir. Anım tədbiri Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O bildirib ki, 1990-cı ilin 20 yanvarında törədilən hadisələrin canlı şahidi olub. Qeyd edib ki, Azərbaycan xalqı bu hadisələr  zamanı öz birliyini göstərdi. O dövrdə  xalq  milli azadlıq, demokratiya Azərbaycanın müstəqilliyi uğrunda Qarabağ uğrunda birləşdi. S.Bağırova  qanlı yanvar hadisələri zamanı qoşunun  təkcə  Bakıya deyil, Lənkəran, Cəlilabad və Naxçıvana yeridildiyini qeyd edib. Bildirib ki, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimiz müstəqilliyini qoruya bilib, gün-gündən inkişaf edir. O, şəhidlərin qanının yerdə qalmayacağına, tezliklə Qarabağın da işğaldan azad olacağına ümidvar olduğunu vurğulayıb. Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.  O,  həmin günü törədilən vəhşikliklərdən söhbət açıb. 20 yanvar hadisələrinin səbəbkarlarının hələ də cinayət məsuliyyətinə cəlb olunmadığnı qeyd edib. Bildirib ki, nə qədər acılı bir tarix olsa da, qanlı yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini və əzmini əzə bilmədi. Bildirib ki, bugünki müstəqillik şəhidlərin  canı və qanı hesabına qazanılıb. Hər bir vətəndaşın borcu onu qorumaqdır. Anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx  nümayiş olunub.

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 July 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 July 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23 May 2019
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB
23 May 2019

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası...           Показать