Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

Akademik Roald Saqdeyev AMEA Fizika İnstitutunda qonaq olub

12 February 2018

Akademik Roald Saqdeyev AMEA Fizika İnstitutunda qonaq olub

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Fizika İnstitutunda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Lenin mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin professoru  Roald Saqdeyevlə görüş keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev, Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Hafiz Paşayev iştirak ediblər. Görüşü giriş sözü ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov açıb. O qeyd edib ki, görkəmli akademik R.Saqdeyev bütün dünyada tanınır və fizika elminə, xüsusən kosmik fizika sahəsinə böyük töhfələr verib. Daha sonra söz akademik Akif Əlizadəyə verilib. O, bütün AMEA əməkdaşları adından akademiki salamlayıb. Qeyd edib ki, Azərbaycan elmində həmişə flaqman olan Fizika İnstitutunda Roald Saqdeyivlə görüşün baş tutması sevindirici haldır. Akademikin  yubileyi ərəfəsində İnstitutda belə bir görüşün keçirilməsinin təsadüfi olmadığını vurğulayan A.Əlizadə müasir dövrümüzdə də R.Saqdeyevin kəşflərinin tətbiq olunduğunu və gənc nəsil tərəfindən öyrənildiyini bildirib. Tədbir akademik R.Saqdeyevin məruzəsi ilə davam edib. O, çıxışında elmi fəaliyyətinin bugünə qədərki formalaşma mərhələlərindən danışıb və  müəllimi olmuş L.Landau, V.Ginzburq haqqında xatirələrini bölüşüb. Çıxışının sonunda R.Saqdeyev əməkdaşlarının suallarını cavablandırıb. Daha sonra akademik İnstitutda yaradılmış şəraitlə tanış olmaq istədiyini vurğulayıb. Noyabr 8-də R.Saqdeyev yenidən Fizika İnstitutunda qonaq olub. O, İnnovasiya sektorunda quraşdırılan  maddi-texniki baza ilə tanış olub. Vurğulayıb  ki,  Fizika İnstitutu  ən müasir cihazlarla təchiz olunub və burada alimlərin elmi tədqiqat işləri aparması üçün yaradılmış şərait təqdirəlayiqdir.

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020
UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
17 March 2020

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin...

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

17 March 2020
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB
17 March 2020

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda...

20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR

17 March 2020
20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR
17 March 2020

AMEA Fizika İnstitutu işçilərinin ümumi yığıncağını açan İnstitutun direktoru, akademik Nazim Məmmədov qeyd etdi ki,...