Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

AMEA FIZIKA İNSTITUTU GƏNC ALIM VƏ MÜTƏXƏSSISLƏR ŞURASI MƏKTƏBLILƏRLƏ GÖRÜŞÜBLƏR

1 June 2018

AMEA FIZIKA İNSTITUTU GƏNC ALIM VƏ MÜTƏXƏSSISLƏR ŞURASI MƏKTƏBLILƏRLƏ GÖRÜŞÜBLƏR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında görüş keçirib. Görüşdə məqsəd Gimnaziyada yeni yaradılan “Kiçik Elmi Akademiya”-nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası daima AMEA institutları ilə xüsusən Fizika İnstitutu ilə əməkdaşlıq edir. C. Allahverdiyeva 2016-cı ildə Fizika İnstitutunun təşəbbüsü və AMEA GAMŞ-ın təşkilatçılığı ilə IX-XI siniflər arasında keçirilmiş “Gələcəyin tədqiqatçıları” adlı layihədən bəhs edib. Qeyd edib ki, həmin layihənin yekunlarına əsasən fərqlənən şagirdlər mükafatlara layiq görülmüşdülər. O, Gimnaziyanın humanitar fənlər üzrə ixtisaslaşmasına baxmayaraq, burada texniki fənlərə də xüsusi diqqət ayrıldığını bildirib. Çıxışının sonunda C. Allahverdiyeva yeni yaradılmış “Kiçik Akademiya”nın idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, “Kiçik Akademiya” nın prezidenti Ləman Hacıyevadır. Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. O, Fizika İnstitutunun gənc alimlərinin fizika fənninə şagirdlərin marağını artırmaq məqsədilə irəli sürsüyü təşəbbüsdən bəhs edib. Bildirib ki, təşəbbüsün əsas hissəsi 2017-ci ilin sentyabr ayından etibarən Gimnaziyanın VII sinif şagirdləri üçün əlavə məşğələlər keçirmək, ikinci hissəsi isə fizika fənninin əyləncəli istiqamətlərini elmi-əyləncəli şou vasitəsilə məktəblilərə çatdırmaq ibarətdir. Q. Dəmirov bu cür əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib. Tədbirdə GAMŞ-ın üzvləri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, elmi işçilər Səbinə Zeynalova, Aynur Qəhrəmanova və Humay Məmmədova çıxış ediblər. Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub.

FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB

22 June 2018
FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB
22 June 2018

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib...  Показать

FİZİKA İNSTİTUTUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK

1 June 2018
FİZİKA İNSTİTUTUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK
1 June 2018

Üçlü və çoxkomponentli birləşmələr sahəsində yüksək səviyyəli beynəlxalq konfrans olan ICTMC (International Conference on Ternary and Multinary Compounds) ilk dəfə 1973-cü ildə Böyük Britaniyanın Bat şəhərində keçirilib...  Показать