Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

AMEA Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

12 February 2018

AMEA Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

 Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Tədbiri giriş sözü ilə Universitetin rektoru Mustafa Babanlı açıb. İlk olaraq ADNSU-nun fəaliyyət istiqamətləri, burada tədris olunan ixtisaslar haqqında məlumat verib. O bildirib ki, iki müəssisənin əməkdaşlığı AMEA rəhbərliyi ilə  Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində gördüyü işlərdən irəli gəlir. M.Babanlı ADNSU-da maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində birlikdə tədqiqatlar, kadrlar mübadiləsi aparılacaq, yerli və xarici elmi təşkilatlarla müştərək layihələr həyata keçiriləcək. Tədbir Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun çıxışı ilə davam edib. O, ADNSU-da və Fizika İnstitutunda dəfələrlə görüşlərin təşkil olunmasından, kollektiv və maddi-texniki baza ilə tanışlıqdan bəhs edib. N.Məmmədov Universitetin aparıcı elmi müəssislərdən olduğunu və dünyada tanındığını qeyd edib. O, əməkdaşlıq çərçivəsində görülən işlərin yüksək səviyyədə reallaşacağına ümid etdiyini bildirib. Daha sonra AMEA Fizika İnstitutu və ADNSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalama mərasimindən sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edib. Bildirib ki, Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq, xüsusən də “Fizika” kafedrası, energetika ixtisası üzrə əlaqələr həmişə mövcud olub.  “Fizika” kafedrasının çoxlu sayda professor və dossentlərinin AMEA Fizika İnstitutunun yetirmələri olduğunu qeyd edib. Bildirib ki, bu əməkdaşlıq elmi və pedaqoji əlaqələri genişləndirəcək və yüksək nəticələr əldə olunacaq. Tədbirdə həmçinin, Fizika İnstitutunun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, ADNSU-nun “Fizika” kafedrasının müdiri, professor Musavər Musayev və  “İstilik energetikası” kafedrasının professoru Kamal Abdullayev çıxış ediblər.

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020
UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
17 March 2020

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin...

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

17 March 2020
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB
17 March 2020

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda...

20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR

17 March 2020
20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR
17 March 2020

AMEA Fizika İnstitutu işçilərinin ümumi yığıncağını açan İnstitutun direktoru, akademik Nazim Məmmədov qeyd etdi ki,...