Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

AMEA Fizika İnstitutun gəncləri ilin sonunu mükafatlarla başa vurublar

12 February 2018

AMEA Fizika İnstitutun gəncləri ilin sonunu mükafatlarla başa vurublar

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci ildə AMEA-nın magistr və doktorantları arasında  “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən Fizika İnstitutunun ikinci kurs magistri Aytən Şərifli III  yerə layiq görülüb. A.Şərifli diplomla təltif olunub. Dekabrın 28-i 2017-ci ildə  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YT Park) Kuboku uğrunda şahmat turnirinin final mərhələsi keçirilib. Turnir ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin 20 dekabr 2017-ci il tarixli 794 saylı sərəncamına əsasən keçirilib. AMEA YT Park tərəfindən təşkil olunan turnirə, AMEA İnstitutularını təmsil edən əməkdaşlardan ibarət komandalar qatılıb. 4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin sahibləri bəlli olub. Turnirin nəticələrinə əsasən Fizika Institutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov IV yer tutub. S.Cabarov  fəxri fərmanla təltif olunub.

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 July 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 July 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23 May 2019
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB
23 May 2019

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası...           Показать