Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

9 October 2020

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

 Böyük tarixi anları yaşamaq nə yaxşı ki, bizə də nəsib oldu. Qüdrətli Azərbaycan  dövləti  Sizin rəhbərliyinizlə tarixi-əzəli torpaqlarına qayıdır. Zaman çətin, dövr mürəkkəbdir. Amma Sizin müdrik siyasətiniz, qətiyyətiniz, uğurlu addımlarınız sayəsində böyük qayıdış mərhələsinə qədəm qoyuruq.  Ulu Öndər  Heydər Əliyevin başladığı böyük tarixi ədalətin bərpasına yönəlmiş missiyanı Siz uğurla başa çatdırırsınız. Bütün çətinliklərə, maneələrə baxmayaraq xalq-hakimiyyət birliyinin modeli bu uğurlu addımların təminatçısına çevrilib. Bu gün Azərbaycan 30 il öncəki deyil, söz sahibi olmağımız dünya xəritəsindəki yerimizdən də böyük və dərindir. Ötən il Sizin inamla “Qarabağ Azərbaycandır!” söyləməyiniz, dədə-baba torpaqlarımızın tez bir zamanda düşmən tapdağından azad ediləcəyinə dəlalət  edirdi. Düz bir ildən sonra Sizin Ali Baş Komandanlığınızla Azərbaycan bayrağının öz doğma torpaqlarına qayıdışı başlandı.  Azərbaycan Milli Elmlər Akademiyası  Fizika İnstitutunun kollektivi olaraq Sizin qüdrətli Azərbaycan uğrunda apardığınız haqq işində yanınızdayıq və inanırıq ki, tez bir zamanda  Qarabağda biz də  öz üzərimizə düşən missiyanı Azərbaycan elminin çiçəklənməsi naminə yerinə yetirəcəyik.

Dərin hörmət və ehtiramla Fizika İnstitutunun kollektivi adından 

direktor     Nazim Məmmədov

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020
UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
17 March 2020

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin...

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

17 March 2020
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB
17 March 2020

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda...