Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

ÇİN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMIK H.M.ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

2 October 2019

ÇİN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMIK H.M.ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

Çin Elmlər Akademiyasının (ÇEA) Azərbaycana səfəri çərçivəsində ÇEA-nın Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq başda olmaqla, direktor müavini, professor Ya Ven, Fizika  və 
Kimya üzrə Sincan Texniki İnstitutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutunda qonaq olmuşlar. Akademik Enge Vanq qeyd etmişdir ki, bu səfərin məqsədi Fizika İnstitutunun yaradıcılığı ilə tanışlıq və birgə əməkdaşlıq perspektivlərinə dair müzakirələrdir. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, burada əldə olunan mühüm elmi nəticələr, həmçinin müasir cihaz və avadanlıqların işləmə funksiyaları barədə məlumat vermişdir. Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda aparılan tədqiqat işləri, xüsusilə müasir qurğular və maddi texniki baza ilə tanış olmuş, həyata keçirilən tədbirləri, burada yaradılan innovativ mühiti yüksək qiymətləndirmişlər. Görüşdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Ayaz Bayramov və laboratoriya rəhbəri, fizika üzrə elmlər doktoru Elçin Cəfərov da iştirak etmişlər.

Hörmətli həmkarlar, müəlliflər və oxucular

2 October 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
2 October 2019

"AJP Fizika" jurnalının 2019 ilin üçüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics                                            Показать

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019
FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR
2 October 2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir...                                           Показать

ÇİN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMIK H.M.ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

2 October 2019
ÇİN ELMLƏR AKADEMİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ AKADEMIK H.M.ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB
2 October 2019

Çin Elmlər Akademiyasının (ÇEA) Azərbaycana səfəri çərçivəsində ÇEA-nın Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq başda olmaqla, direktor müavini, professor Ya Ven,...                                                                                                                                                            Показать