Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası

12 February 2018

Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsi ilə Gənc Alim və Mütəxəssislər Şurasının iclası

Noyabrın 5-də Fizika İnstitutunda  Həmkarlar İttifaqı Komitəsi (HİK) ilə Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə  iclası keçirilib. İclası giriş sözü ilə İnsitutun HİK-nin sədri, fizika üzrə fəlsəfə doktoru  Sitarə Bağırova açıb. O bildirib ki, həm müdriyyət həm də HİK gənclərin problemlərini dinləməyə və onların həllində köməklik etməyə həmişə hazırdır. S. Bağırova, Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, AMEA institutları arasında keçiriləcək II Spartakiadadan bəhs edib. Qeyd edib ki, gənclərin bu cür tədbirlərdə  fəal olması və iştirakı vacibdir. İclas Şuranın  sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib.  Q. Dəmirov bildirib ki,  İnstitutda 200 nəfərdən artıq gənc çalışır.  O, Fizika İnstitutunun AMEA-nın elmi-ictimai fəaliyyətində həmişə yaxından iştirak etdiyini qeyd edib. Vurğulayıb ki, İnstitutda gənclər üçün hər cür şərait yaradılıb. Gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmalıdırlar. Daha sonra Q. Dəmirov GAMŞ-ın magistrlərlə bağlı gələcək layihələrdən bəhs edib.

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 July 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 July 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23 May 2019
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB
23 May 2019

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası...           Показать