Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

Fizika İnstitutunda gürcüstanlı alimlər məruzə ilə çixiş ediblər

12 February 2018

Fizika İnstitutunda gürcüstanlı alimlər məruzə ilə çixiş ediblər

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda  Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidze və Mikronano elektronika İnstitutunun professoru Z.Taliaşvilinin iştirakı ilə seminar keçirilib. Qonaqları təqdim edən İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov bildirib ki, seminar birgə aparılmış tədqiqatların nəticələrinə həsr olunub. Seminar A.Tavxelidzenin ”Dövri nanoquruluşların həndəsəsi ilə şərtlənən kvant effektləri” adlı məruzəsi ilə davam edib. O, ilk olaraq  aparılmış təcrübələr haqqında məlumat verib. Bildirib ki,  ölçmələrin əksəriyyəti Fizika İnstitutunda quraşdırılan cihazlarda aparılıb. А.Tavxelidze məruzəsində  əldə olunan nəticələrdən geniş bəhs edib. Daha sonra seminar Z.Taliaşvilinin “Monokristalik silisium əsaslı  nanoquruluşlu  səthə malik   günəş elementlərinin hazırlanması” və İnstitutun direktoru, akademik Nazim Məmmədov, direktor müavini Ayaz Bayramovun “Monokristalik silisium əsasında dövri nanoquruluşların optik xassələri ” mövzulu məruzələri ilə davam edib. Sonda mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 July 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 July 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23 May 2019
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB
23 May 2019

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası...           Показать