Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

Fizika İnstitutunda NATO-nun “sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib

27 February 2018

Fizika İnstitutunda NATO-nun “sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda  NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm”  Proqramı çərçivəsində «Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı  3 illik layihənin açılış telekonfransı keçirilib. Fevralın 15-də təşkil olunmuş telekonfransda layihənin NATO ölkəsi üzrə  koordinatoru (İtaliya) Dr. Claudio Ferrari və layihənin İtaliya Milli Tədqiqatlar Şurası “Elektronika və Maqnetizm üçün Materiallar İnstitutu”nun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçılarından ibarət digər iştirakçıları, partnyor ölkə- Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent, Dr. Nahidə Musayeva və layihənin digər iştirakçıları, o cümlədən layihənin nəticələrinin son istifadəçi təşkilatı - Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər. Telekonfransda çıxış edən N.Musayeva layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və  iştirakçıların - xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb. Dr.Claudio Ferrari isə layihənin idarəçiliyi,  qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib. Layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.                            

AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

14 November 2019
AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB
14 November 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib...                              Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

2 October 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
2 October 2019

"AJP Fizika" jurnalının 2019 ilin üçüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics                                            Показать

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019
FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR
2 October 2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir...                                           Показать