Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB

22 June 2018

FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O, ilk olaraq yeni təsis edilmiş Şuraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, iclasda məqsəd Fizika İnstitutunda Qadınlar Şurasını təsis etmək və sədri seçməkdir. İnstitutun Qadınlar Şurasına sədrlik üçün AMEA-nın müxbir üzvü, laboratoriya müdiri Səlimə Mehdiyevanın namizədliyi irəli sürülüb. C. Abdinov                          S. Mediyevanın elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, o uzun müddət Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini və elmi katib, laboratoriya vəzifələrində çalışıb. O, S. Mehdiyevanın fizika-riyaziyyat və texnika elmləri bölməsində AMEA-nın ilk fizik qadın müxbir üzvü olduğunu vurğulayıb. İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, laboratoriya müdiri fizika üzrə elmlər doktoru, professor Elmira Kərimova Səlimə Mehdiyeva haqqında düşüncələrini bölüşüblər və S.Mehdiyevanın namizədliyini dəstəklədiklərini vurğulayıblar. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Daha sonra Şuraya 13 nəfərdən ibarət işçi qrup seçilib. İclasda çıxış edən professor Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının digər qeyri-hökümət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, Şuranın elmi-metodiki problemlərin həllinə yönələn məsələlərin həlli məqsədi ilə olunduğunu bildirib. R. Mirzəzadə Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının özəkləri, Həmkarlar İttifaqı komitələri, Gənc Alim və Mütəxəssislər şuraları ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib. Səlimə Mehdiyeva çıxış edərək kollektivə ona göstərilən etimada görə minnətdarlığını bildirib.

AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

14 November 2019
AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB
14 November 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib...                              Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

2 October 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
2 October 2019

"AJP Fizika" jurnalının 2019 ilin üçüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics                                            Показать

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019
FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR
2 October 2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir...                                           Показать