Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

19 December 2018

FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ulu öndərin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir.  N. Məmmədov bugünlərdə Fizika İnstitutu və əməkdaşlarının “Web of science” elmi bazasının mükafatına layiq görüldüyünü xatırladıb. Bildirib ki, əldə olunan  nailiyyətlər Ulu öndər Heydər Əliyev və onun siyasətinin davamçısı, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətindən irəli gəlir. Daha sonra N. Məmmədov ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Anım tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam etdirilib. Bildirib  ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçilik prinsipini yaratdı. O, Azərbaycan elminin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən bəhs edib. İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva  Ulu Öndərin Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətiçilik şüurumuzunda çox böyük məna yükü daşıdığnı bildirib. O, Heydər Əliyevin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edib. S. Mehdiyeva vurğulayıb ki, Ulu öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını yaratmışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasnın, bütövlükdə Azərbaycan elminin tərrəqqi dövrünün Ulu öndərin respublikaya  rəhbərliyi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, həmin illərdə elm, iqtisadiyyat və mədəniyyət inkişafın yüksək mərhələsinə qədəm qoydu.



               

Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:

24 December 2018
Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:
24 December 2018

1 dekabr 2018-ci il tarixindən etibarən AJP Fizika jurnalının Seriya En saytı WIX.com: https://jophphysics.wixsite.com/ajpphysics ünvanında fəaliyyət göstərir...  Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

24 December 2018
Hörmətli həmkarlar, müəlliflər və oxucular
24 December 2018

"AJP Fizika" jurnalının 2018 ilin dördüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать