Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİZİKA İNSTİTUTUNUN FUTBOL KOMANDASI ÜÇÜNCÜ DƏFƏ ÇEMPİON OLUB

22 June 2018

FİZİKA İNSTİTUTUNUN FUTBOL KOMANDASI ÜÇÜNCÜ DƏFƏ ÇEMPİON OLUB

Bu gün Fizika İnstitutunun komandası AMEA GAMŞ-ın institutlararası V futbol çempionatının final mərhələsində mübarizə aparıb. Fizika İnstitutunun komandasının rəqibi AMEA Rəyasət Heyətinin komandası olub. Gərgin davam edən oyunda Fizika İnstitunun komandası 1:0 hesabı ilə üstünlük əldə edib. Oyunun son dəqiqələrində Fizika İnstitutunun komandası azlıqda qalıb.Komandanın qapıçısı qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb və penalti zərbəsi təyin olunub. Buna baxmayaraq komanda üstünlüyü əldən verməyib. Oyun 1:0 hesabı ilə başa çatıb. Fizika İnstitutunun komandası üçüncü dəfə AMEA GAMŞ-ın institutlararası V futbol çempionatının qalibi olub və kuboku başı üzərinə qaldırıb. Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, çempionat ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunur. O, gənc alimlərin elmlə yanaşı, idmanla da məşğul olmasının vacibliyini qeyd edib. Bildirib ki, Fizika İnstitutu elmdə də birinciliyini qoruyub saxlayır, aparıcı elmi-təşkilatlarla bir sıra mötəbər layihələr həyata keçirir. Sonda qaliblər mükafatlandırılıb.

AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

14 November 2019
AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB
14 November 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib...                              Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

2 October 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
2 October 2019

"AJP Fizika" jurnalının 2019 ilin üçüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics                                            Показать

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019
FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR
2 October 2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir...                                           Показать