Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

8 January 2020

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin 2019-cu il elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, İnstitutun elmi potensialı, daxili və xarici əlaqələri, elmi mərkəzlərlə əməkdaşlığı və s. haqqında bəhs edib. Daha sonra sektor və şöbələrin rəhbərləri hesabatlarla çıxış ediblər. Ümumi sektorun rəhbəri, fizika və riyyaziyyat elmləri doktoru, Hüsnü Əjdərovun hesabat məruzəsi dinlənilib. O, bildirib ki, sektorda 9 (doqquz) laboratoriya və 1 (bir) şöbə fəaliyyət göstərir. Sektorda 128 əməkdaş (3 akademik, 15 elmlər doktoru və 50 fəlsəfə doktoru) çalışır. Əməkdaşların 5 kitabı, 55 məqaləsi xarici və 51 məqaləsi yerli jurnallarda dərc olunub. Nəşr olunmuş məqalələrin təhlili 2019-cu ildə sektorun əməkdaşlarının elmi işlərinə 151 istinad olunduğunu göstərdi.İclas İnnovasiya sektorunun rəhbəri, fizika elmləri doktoru İlham Həsənovun hesabatı ilə davam edib. 17 laboratoriyadan ibarət sektorda il ərzində ölkədaxili 40, xaricdə isə 142 məqalə (onlardan “ATLAS” üzrə 63 məqalə) dərc olunub. Xaricdə dərc olunan məqalələrin 138-i impaktfaktorlu jurnalların payına düşür. Nəşr olunmuş məqalələrin statistik təhlili 2019-cu il ərzində sektor əməkdaşlarının elmi işlərinə 4029 istinad olunduğunu aşkar edib. Fənlərarası sektorun rəhbəri, akademik Cavad Abdinovun hesabat məruzəsi. Fənlərarası sektorun elmi-təşkilati fəaliyyəti haqqında sektorun rəhbəri, akademik Cavad Abdinov hesabatla çıxış edib. O bildirdi ki, sektorda 9 (doqquz) laboratoriya fəaliyyət göstərir. C. Abdinov sektorda 5 (beş) tətbiqi tədqiqat aparıldığını da vurğulayıb. Hesabat ilində sektor əməkdaşlarının 142 məqaləsi dərc olunub. Xaricdə nəşr olunan 77 məqalədən 32-si impaktfaktorlu jurnalların payına düşür. Ölkədaxilində 37 məqalə dərc olunub. 2019-cu il ərzində sektor əməkdaşlarının elmi işlərinə 191 istinad olunub.İnformasiya sektorunun rəhbəri, fizika və riyaziyyat elmləri doktoru Tələt Mehdiyevin hesabatı İnformasiya sektorunun elmi-təşkilati fəaliyyəti 2019-cu ildə də həmişə olduğu kimi bütün şöbələri əhatə etmiş və onun nəticələri dirketor hesabatdında əks etdirilmişdir. Fizika İnstitutunun və AJP Fizika jurnalının saytının populyarlığını əks etdirən xəritə, patent haqqında məlumatlar, kitabxananın fəaliyyəti, Ensiklopediyanın tamamlanması işləri, Fizika İnstitutunda aparılan elmi-tədqiqat işlərinin həyata tədbiqi üzrə planlar təqdim olunmuşdur. 48 məqalə, AJP Fizika jurnalının 3 nömrəsi, hər biri 2 seriya (Az, En) olmaqla, və 1 kitab dərc olunub. Təhsil şöbəsinin rəhbəri, professor Abasət İsayevin hesabatı. Təhsil şöbəsinin rəhbəri, professor Abasət İsayev bildirib ki, hesabat ili yaz və payız sessiyalarını əhatə edir. Hazırda Fizika İnstitutunda 22 magistr təhsil alır. Onlardan 6-sı II kurs, 16 nəfəri isə I kurs tələbələridir. O, 2018-2019 tədris ilində 8 magistrantın dissertasiya işlərini uğurla müdafiə edərək, magistr dərəcəsi aldıqlarını bildirib. Onlardan 7 nəfəri fərqlənmə diplomu ilə təhsilini başa vurub. Daha sonra İnformasiya sektorunun və digər şöbələrin hesabatları dinlənilib.

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

8 January 2020
FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI
8 January 2020

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin 2019-cu il elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib... Показать