Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov açmışdır. Qonaqları təqdim edərkən o, AMEA ilə Monpelye Universiteti arasında bağlanan əməkdaşlıq müqaviləsinin vacibliyini vurğulamış, fransalı alimlərin Monpelye Universitetində aparılan elmi tədqiqat işləri haqqında tədbir iştirakçılarına məlumat verəcəklərinin qeyd etmişdir. Həmçinin nəzərə çatdırılmışdır ki, əvvəlcədən verilmiş elana əsasən, Monpelye Universitetində fəlsəfə doktorluğu üzrə təhsil almaq üçün müraciət edən namizədlər arasında fransalı alimlərin iştirakı ilə seçimlər aparılacaq.  Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov AMEA ilə yanaşı, Bakı Dövlət Universiteti və digər təhsil müəssisələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təklif etmiş. O, elm və təhsilin inteqrasiyasının vacibliyini vurğulayaraq, əsas məqsədin gənc nəsli də elmə cəlb etməklə, onların xarici ölkələrdə elmi dünyagörüşləri və təcrübələrinin genişləndirilməsi, bununla da Azərbaycanın elmi potensialının artırılmasının təmin edilməsini qeyd etmişdir. Seminardan sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olmuş, AMEA Fizika İnstitutunun alimləri burada aparılan tədqiqat işləri ilə tanış         olmuşlar.                                        

AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

14 November 2019
AKADEMİK ARİF HƏŞİMOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB
14 November 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib...                              Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

2 October 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
2 October 2019

"AJP Fizika" jurnalının 2019 ilin üçüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics                                            Показать

FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR

2 October 2019
FRANSALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİBLƏR
2 October 2019

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Fransanın Monpelye Universitetinin alimlərinin - Pr.Dr. Hab. Francois Henn və Dr. Adrien Noury - iştirakı ilə elmi seminar keçirilmişdir...                                           Показать