Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

İnstitutda rusiyalı alimin seminarı keçirilib

27 February 2018

İnstitutda rusiyalı alimin seminarı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda  “Müasir mənfi ion mənbələri” mövzusunda seminar keçirilib. Məruzəçi ion mənbələri sahəsində  dünya şöhrtətli mütəxəssis Vadim Dudnikov olub. Seminarı giriş sözü ilə İnstitutun “İnfraqırmızı fotoelektronika və plazma hadisələri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov açıb. O, V.Dudnikov haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, alim akademik Roald Saqdeyevin yubiley konfransı ilə əlaqədar Bakıda qonaqdır. İ.Həsənov V. Dudnikovun uzun müddət Rusiyanın Novosibrsk şəhərində Nüvə Fizikası İnstitutunda  laboratoriya müdiri həmçinin, “Ümumi fizika” kafedrasının müdiri vəzifəsində çalışdığını qeyd edib. Bildirib ki, 1971-ci ildə alim tərəfindən irəli sürülən mənfi ion mənbələri işləmələri  dünyanın müxtəlif laboratoriyalarında geniş tətbiq olunur.  O, V. Dudnikovun 80-ci illərdə Ukraynanın Kiyev şəhərində yerləşən Fizika İnstitutunda təşkil olunan ion mənbələri haqqında konfrans və seminarların fəal iştirakçılarından olduğunu vurğulayıb. Alim uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və elmi fəaliyyətini orada davam etdirir. Daha sonra alimin məruzəsi dinlənilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə tanış olub. V. Dudnikov İnstitutda iki aylıq ezamiyyətdə olan Yaponiyanın Chiba Uiniversitetinin  birinci kurs magistri Yuto Yasui ilə də görüşüb.                            

FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI

8 January 2020
FİZİKA İNSTİTUTUNUN SEKTOR VƏ ŞÖBƏLƏRİNİN İLLİK HESABATI
8 January 2020

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin 2019-cu il elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib... Показать