Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

İnstitutun 2017-ci il üçün elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib

12 February 2018

İnstitutun 2017-ci il üçün elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda İnstitutun 2017-ci il üçün elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib. İnstitutun hesabatını elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov məruzə edib. Bildirib ki, hesabat ilində Fizika İnstitutunda ilk növbədə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin fərman, qərar və sərəncamlarından irəli gələn vəzifələr yerinə yetirilib. C. Abdinov 2017-ci ildə elmi-tədqiqat işlərinin 3 istiqamətdə (kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası) aparıldığını qeyd edib. O, İnstitutun sektor və laboratoriyalarında  alınan mühüm nəticələr haqqında məlumat verib. Bildirib ki, il ərzində elmi müəssisənin əməkdaşları 4 patent əldə etmişdir. C. Abdinov 2017-ci ilin tətbiq planına  İnstitutun  9 işinin  daxil olduğunu vurğulayıb. Hesabat  ilində fundamental elmlə təhsilin inteqrasiyası istiqamətində də işlər davam etdirilib. İnstitutun 25-ə qədər alimi Bakı dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,  Bakı Aviasiya Akademiyası və s. universitetlərdə  ixtisas fənnlərindən mühazirələr aparıb, magistrlərin dissertasiya işlərinə rəhbərlik ediblər. Həmin təhsil müəssislərinin 30-a yaxın müəllim və professorları Fizika İnstitutunda elmi-tədqiqat işlərinə cəlb olunublar. 2017-ci ildə məktəblilər arasında fizika fənnindən olimpiada keçirilib. Məktəblilərin İnstituta ekskursiyaları təşkil olunub. Hesabat ilində AMEA Fizika İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında elmi-pedaqoji sahədə əməkdaşlığa dair müqavilə imzalanıb. Daha sonra C. Abdinov İnstitutun elmi-təşkilati fəaliyyəti, ezamiyyətlər, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, yerli və beynəlxalq qrantlar haqqında məlumat verib. 

Hörmətli həmkarlar, müəlliflər və oxucular

17 July 2019
Hörmətli həmkarlar, müəlliflər və oxucular
17 July 2019

"AJP Fizika" jurnalının 2019 ilin ikinci nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23 May 2019
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MÜKAFATA LAYİQ GÖRÜLÜB
23 May 2019

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Türk Dünyası...           Показать