Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda qonaq olublar. Qonaqlar, əməkdaşlıq imkanlarının mövcudluğunun müzakirəsi məqsədilə, İnstitutun direktoru akademik Nazim Məmmədovla görüşüblər. UFAZ, Azərbaycan Respublikası Prezidenti və Fransa Prezidentinin təşəbbüsü ilə 2014-cü ildə yaradılmışdır. Universitet 2016-cı ilin sentyabr ayından fəaliyyət göstərir. Burada tələbələr 4 texniki ixtisas üzrə təhsil alırlar. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərliyi ilə Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir.
Akademik N. Məmmədov Fizika İnstitutunun fəaliyyətinin əsas elmi istiqamətlərinin kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki və texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, eləcə də energetikanın fiziki-texniki problemləri olduğunu qeyd etdi. O, İnstitutda aparılan tədqiqatlar, İnstitutun beynəlxalq əlaqələri və Azərbaycan-Fransız Universiteti ilə gələcək əməkdaşlığı barədə danışdı.
Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev iştirak ediblər. Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olublar.

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

17 March 2020
UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR
17 March 2020

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin...

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

17 March 2020
FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB
17 March 2020

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda...

20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR

17 March 2020
20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR
17 March 2020

AMEA Fizika İnstitutu işçilərinin ümumi yığıncağını açan İnstitutun direktoru, akademik Nazim Məmmədov qeyd etdi ki,...